...

Kristin Laqard: Azərbaycan xarici çağırışlara cavab olaraq düzgün addımlar atır

Biznes və iqtisadiyyat xəbərləri Materials 12 Fevral 2016 11:34 (UTC +04:00)
Azərbaycan ölkənin üzləşdiyi xarici çağırışların öhdəsindən gəlmək üçün düzgün addımlar atacaq.
Kristin Laqard: Azərbaycan xarici çağırışlara cavab olaraq düzgün addımlar atır

Bakı. Azad Həsənli - Trend:

Azərbaycan ölkənin üzləşdiyi xarici çağırışların öhdəsindən gəlmək üçün düzgün addımlar atacaq. Trend-in PUNCH nəşrinə istinadən verdiyi məlumata görə, bunu Beynəlxalq Valyuta Fondunun rəhbəri Kristin Laqard deyib.

Onun sözlərinə görə, BVF Azərbaycana ciddi iqtisadi çağırışların öhdəsindən gəlməsi üçün dəstək göstərməyə hazırdır.

K.Laqard qeyd edib ki, Azərbaycanın neftdən güclü asılılığını nəzərə alaraq, "qara qızıl"ın dəyərinin təqribən 70 faiz azalması ölkənin iqtisadiyyatına, onun xarici ticarət dövriyyəsinə və gəlirlərə təsir edib: "Azərbaycanın yaxşı fiskal yanaşması var, ölkənin xərclərinə yenidən baxır və mövqelərini bərpa etməyə çalışır, eləcə də bufer qismində məzənnə siyasətindən istifadə edir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti