...

"Unibank- Biznes Mərkəzi"nin kredit portfeli 60 milyon manata çatıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 Fevral 2016 12:09 (UTC +04:00)
Unibank-ın biznes sahiblərinə xidmət göstərən ən böyük biznes filialının “Unibank- Biznes Mərkəzi”nin 1 yaşı oldu.
"Unibank- Biznes Mərkəzi"nin kredit portfeli 60 milyon manata çatıb

Bakı. Trend:

Unibank-ın biznes sahiblərinə xidmət göstərən ən böyük biznes filialının "Unibank- Biznes Mərkəzi"nin 1 yaşı oldu. Ölkə bank filialları içərisində fərqli və özünəməxsus konsepsiya əsasında fəaliyyət göstərən "Unibank- Biznes Mərkəzi", 1 il ərzində minlərlə müştəriyə bank xidməti göstərib. Bir ildə nələrə nail olunub:

- 4 dəfəyə yaxın müştəri artımı;
- 60 milyon manata yaxın kredit portfeli;
- Milyonlarla manat verilən kredit;
- Avropa Yenidənqurma və İnkişaf Bankı, Qara Dəniz Ticarət və İnkişaf Bankı və Dünya Bankı ilə böyük biznes layihələrinin maliyyələşdirilməsi istiqamətində uğurlu əməkdaşlıq;
- Geniş çeşidli bank xidmətləri;
- İnnovativ bank məhsulları və müştərilərə individual yanaşma.

Filial korportiv müştərilərə hüquqi dəstəklə yanaşı, konsultasiya, layihələrin maliyyə ekspertizası xidmətləri də göstərir. Ötən 1 il ərzində "Unibank- Biznes Mərkəzi"nin verdiyi ən kiçik kreditin həcmi 15 min AZN, ən böyük kreditin məbləği isə - 4.5 mln. USD olub.
"Unibank- Biznes Mərkəzi" kiçik və orta, həmçinin iri biznes sahibləri üçün bank xidmətləri təklif edir.

Real sektora diqqətini günü-gündən artıran Unibank, ilk dəfə olaraq, yalnız bizneslə məşğul olan müştərilər üçün ixtisaslaşdırılmış filiallar açıb. Yüksək keyfiyyətli bank xidmətlərindən faydalanmaq üçün sahibkarlar "Unibank- biznes mərkəzi" ilə yanaşı bankın "Qara Qarayev", "İçərişəhər" , "Dərnəgül" , "Yasamal", "8 saylı" filialları və müraciət edə bilərlər.

Ətraflı məlumatı (012) 117 nömrəli telefondan, Bankın saytından (www.unibank.az) və yaxud facebook və twitter səhifələrindən (www.facebook.com/unibank.az ,https://twitter.com/unibank) əldə etmək olar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti