...

PAŞA Bank: S&P-un qərarı bankın beynəlxalq maliyyə ictimaiyyəti tərəfindən müsbət qəbul edildiyini nümayiş etdirir

Biznes və iqtisadiyyat xəbərləri Materials 19 Fevral 2016 13:49 (UTC +04:00)
17 fevral 2016-cı il tarixində Standard&Poor’s beynəlxalq reytinq agentliyi Azərbaycanın ən iri banklarından biri olan PAŞA Bankın reytinqini təsdiqlədi.
PAŞA Bank: S&P-un qərarı bankın beynəlxalq maliyyə ictimaiyyəti tərəfindən müsbət qəbul edildiyini nümayiş etdirir

Bakı. Trend:

17 fevral 2016-cı il tarixində Standard&Poor's beynəlxalq reytinq agentliyi Azərbaycanın ən iri banklarından biri olan PAŞA Bankın reytinqini təsdiqlədi. Bankdan Trend-ə verilən məlumaat görə, emitent defoltunun uzunmüddətli reytinqi ("EDR") "ВВ-" səviyyəsində, qısamüddətli EDR isə "В" səviyyəsində təsdiqləndi.

Öz hesabatında "Standard&Poor's" qeyd edir ki, PAŞA Bank Azərbaycanın bank sektoru üçün mühüm rol oynayır. Müsbət dəyərləndirməyə təsir etmiş amillər arasında reytinq agentliyi PAŞA Bankın dayanaqlı bazar mövqeyini və əhəmiyyətli kapital ehtiyatını qeyd edir ki, bunlar da Bankın bazarda sabit mövqeyini təmin edir.

PAŞA Bankın İdarə Heyətinin Sədri Taleh Kazımovun sözlərinə görə, Azərbaycanın özəl banklarının reytinqləri arasında ən yaxşılardan biri olan bu reytinqin bir daha təsdiq edilməsi sözsüz ki, Bankın beynəlxalq maliyyə ictimaiyyəti tərəfindən müsbət qəbul edildiyini nümayiş etdirir.

"Regionda və dünyada makroiqtisadi risklərin artmasına baxmayaraq, Standard&Poor's agentliyinin ekspertləri PAŞA Bankın etibarlılığını və güclü bazar mövqelərini təsdiqləyirlər. Özümüzü regional korporativ investisiya bankı və real sektor tərəfdaşı kimi mövqeləndirməklə biz, dünya bazarlarında yaranan vəziyyətlərdən asılı olmayaraq müştərilərimizi peşəkar ekspertiza, fərdi xidmətlə, eləcə də onların bizneslərinə maliyyə dəstəyi təmin etməklə onlara dəstək olmağa davam edirik" - deyə T. Kazımov bildirdi.

Xatırladaq ki, "Standard&Poor's" agentliyi tərəfindən PAŞA Banka verilmiş reytinq 100% yerli kapitala malik olan Azərbaycanın bütün özəl bankları arasında ən yüksək reytinqlərdən biridir.

PAŞA Bank - Azərbaycanın aparıcı korporativ bankıdır. 2007-ci ildə təsis olunmuş Bank, geniş spektrli korporativ bank xidmətlərini göstərir, eləcə də kreditlərin verilməsi, qiymətli kağızlar bazarında əməliyyatlar, aktivlərin idarə olunması və xəzinədarlıq xidmətləri. Baş ofis və 9 Biznes-mərkəzləri ilə təmsil olunan PAŞA Bankda 400 çox əməkdaş çalışır. "Europe Banking Awards" 2011, 2012, 2013 çərçivəsində Bank "Azərbaycanın ən yaxşı İnvestisiya Bankı" elan olunmuşdur, 2013-2014-cü illərdə isə "World Finance" tərəfindən "Best Private Bank in Azerbaijan" adına layiq görülüb.

PAŞA Bank Azərbaycanın iri investisiya Holdinqi olan və sığorta, inşaat, inşaat materiallarının istehsalı, turizm və eləcə də biznesin digər sahələrində geniş təmsil olunan PAŞA Şirkətlər Qrupunun bir hissəsidir. Azərbaycanın pərakəndə bankçılıq bazarının iri banklarından biri olan Kapital Bank da PAŞA Şirkətlər Qrupuna aiddir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti