...

Azərbaycan Avstriyaya kənd təsərrüfatı üzrə sənədin imzalanmasını sürətləndirməyi təklif edir

Biznes və iqtisadiyyat xəbərləri Materials 26 Fevral 2016 19:50 (UTC +04:00)
Bu gün kənd təsərrüfatı naziri Heydər Əsədov Avstriyanın Azərbaycandakı səfiri Aksel Vex ilə görüşüb.
Azərbaycan Avstriyaya kənd təsərrüfatı üzrə sənədin imzalanmasını sürətləndirməyi təklif edir

Bakı. Trend:

Bu gün kənd təsərrüfatı naziri Heydər Əsədov Avstriyanın Azərbaycandakı səfiri Aksel Vex ilə görüşüb.

Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, görüşün məqsədi iki ölkə arasında kənd təsərrüfatı sahəsində gələcək əməkdaşlıq imkanlarının müzakirəsi olub.

H.Əsədov iki ölkə arasında siyasi-iqtisadi əlaqələrin yüksək səviyyədə olduğunu bildirib, ölkə başçısı İlham Əliyevin kənd təsərrüfatına göstərdiyi diqqət və qayğıdan söhbət açıb, Azərbaycanda aqrar sahədə həyata keçirilən institusional islahatlar barədə geniş məlumat verib.

Nazir iki ölkə arasında aqrar sahədə əlaqələrin perspektiv imkanlarından danışaraq Azərbaycanda əlverişli investisiya mühitinin olduğunu nəzərə çatdırıb, həmçinin "Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi və Avstriya Respublikasının Federal Kənd Təsərrüfatı, Meşə, Ətraf Mühit və Su Təsərrüfatı Nazirliyi arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq haqqında" Anlaşma Memorandumunun imzalanmasının sürətləndirilməsi, iki ölkə arasında baytarlıq sahəsində əməkdaşlıq haqqında saziş layihəsinin hazırlanması imkanlarının araşdırılması, ailə-fermer təsərrüfatlarında innovasiyaların tətbiqi sahəsində Avstriya təcrübəsinin öyrənilməsi, Avstriyanın iş adamları tərəfindən ət və ət məhsullarının emalı sahəsində mütərəqqi texnologiyaların ölkəmizdə nümunələrinin yaradılması üzrə müzakirələrin aparılması, damazlıq heyvanların alınması istiqamətində əməkdaşlığın davam etdirilməsi, ekoloji kənd təsərrüfatı məhsullarının istehsalı, toxumçuluq sisteminin təşkili sahəsində Avstriya təcrübəsinin öyrənilməsi, kənd təsərrüfatı və ərzaq məhsullarının Avstriyaya ixracı imkanlarının araşdırılması və s. məsələlərin vacibliyini vurğulayıb.

Səfir A.Vex iki ölkə arasında kənd təsərrüfatı sahəsində əməkdaşlığın daha da genişləndirilməsi üçün öz səylərini əsirgəməyəcəyini vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti