...

Kənd Təsərrüfatı Nazirliyində yaradılmış Apellyasiya Şurasının ilk iclası keçirilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 1 Mart 2016 18:50 (UTC +04:00)
Kənd Təsərrüfatı Nazirliyində yaradılmış Apellyasiya Şurasının ilk iclası keçirilib.
Kənd Təsərrüfatı Nazirliyində yaradılmış Apellyasiya Şurasının ilk iclası keçirilib

Bakı. Trend:

Azərbaycan Prezidentinin 3 fevral 2016-cı il tarixli, 762 nömrəli "Azərbaycan Respublikasının mərkəzi və yerli icra hakimiyyəti orqanlarında Apellyasiya Şuralarının yaradılması haqqında" fərmanına uyğun olaraq, 1 mart 2016-cı il tarixində Kənd Təsərrüfatı Nazirliyində yaradılmış Apellyasiya Şurasının ilk iclası keçirilib.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Apellyasiya Şurasının sədri, nazir müavini İlham Quliyev kənd təsərrüfatı sahəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslər tərəfindən Şuraya daxil olan müraciətlərə operativ şəkildə baxılmasında qarşıda duran vəzifələr barədə danışıb.

Qeyd edilib ki, Apellyasiya Şurasının və onun katibliyinin fəaliyyətinin effektiv qurulması, fermer və sahibkarların müraciətlərinə baxılmasında səmərəliliyin təmin edilməsi və Şurada baxılacaq şikayətlərin məzmun üzrə təsnifatlaşdırılması meyarlarının müəyyən olunması üçün Şuranın hər bir üzvü səy göstərməlidir. Eyni zamanda təşkilati tədbirlərin həyata keçirilməsi məsələləri ətrafında müzakirələr aparılmış və müvafiq tövsiyələr verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti