...

"AGBank" nizamnamə kapitalını 100 milyon manat artırır

Biznes və iqtisadiyyat xəbərləri Materials 7 Mart 2016 18:16 (UTC +04:00)
Martın 4-də “AGBank”ın səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçirilib.
"AGBank" nizamnamə kapitalını 100 milyon manat artırır

Bakı. Trend:

Martın 4-də "AGBank"ın səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçirilib.

Bankdan Trend-ə verilən məlumata görə, yığıncağın gündəmində bankın nizamnamə kapitalının artırılması müzakirə olundu.

Nəticə olaraq nizamnamə kapitalının 100 milyon manat artırılması qərara alınıb. Xatırladaq ki, "AGBank" ASC 1992-ci ildə təsis edilib.

Bankın fəaliyyəti əsasən Azərbaycanda istehsalat və ticarət sektorlarının maliyyələşdirilməsinə yönəlib.

Bununla yanaşı, onun xidmətlərindən minlərlə fərdi müştəri də yararlanır. "AGBank"ın səhmdarları arasında iki böyük təşkilat - Beynəlxalq Maliyyə Korporasiyası və Kazimir İnvestment LTD Amerika Sərmayə Fondu var.

Bank həmçinin Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB), Beynəlxalq İnkişaf naminə OPEK Fondu (BİF OPEK), Rayfayzen Bank, Asiya İnkişaf Bankı, ŞekerBank, Beynəlxalq Maliyyə Korporasiyası, Kommertsbank AG, Alman-Azərbaycan Fondu (AAF), LBBW, UniKredit, Standart Çartered Bank Qrup kimi beynəlxalq maliyyə təsisatları ilə əməkdaşlıq edir.

Bundan başqa, "AGBank" Sahibkarlığa Kömək Milli Fondu və Azərbaycan İpoteka Fondunun tərəfdaşı, "MasterCard International" və "VISA International" beynəlxalq ödəmə sistemlərinin, Western Union, Contact, Blizko, Lider, UPT, İBA-EXPRESS, Caspian Money Transfer və MONEX kimi təcili pul köçürmələri sistemlərinin üzvü, SWIFT ödəmə sisteminin iştirakçısıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti