...

Sahibkarlar biznes planların hazırlanması barədə məlumatlandırıldı

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 Mart 2016 21:14 (UTC +04:00)
Sahibkarlar biznes planların hazırlanması barədə məlumatlandırıldı.
Sahibkarlar biznes planların hazırlanması barədə məlumatlandırıldı

Bakı. Trend:

Martın 11-də Qaxda İqtisadiyyat Nazirliyinin Bakı Biznes Tədris Mərkəzinin Şəki nümayəndəliyinin təşkilatçılığı, Qax Rayon İcra Hakimiyyətinin dəstəyi ilə sahibkarlar və sahibkarlıq fəaliyyətinə yeni başlayanlar üçün treninq keçirilib.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, "Biznes planların və investisiya layihələrinin hazırlanması", "Ekoloji təmiz kənd təsərrüfatının inkişafı" mövzularını əhatə edən treninqdə biznes ideyanın yaradılması, biznes planın tərtib edilməsi, ekoloji təmiz kənd təsərrüfatı, bu sahədə beynəlxalq təcrübə, ekoloji təmiz kənd təsərrüfatı məhsulları istehsal edən müəssisələrin təşkili və s. barədə məlumat verilib.

Tədbirdə, həmçinin İqtisadiyyat Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər barədə məlumatlandırılıb.

Treninqdə iştirakçılara Bakı Biznes Tədris Mərkəzi tərəfindən hazırlanmış metodiki vəsaitlər paylanıb, onları maraqlandıran suallar cavablandırılıb.

Xəbər lenti

Xəbər lenti