...

Özəl şirkətlərə yeni çağırış

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 Mart 2016 12:44 (UTC +04:00)
“Məktəbəqədər təhsillə bağlı özəl şirkətlər və iş adamları öz təşəbbüslərini irəli sürməlidirlər. İqtisadiyyatımızın 85 faizini özəl sektor təşkil etdiyi üçün həmin müəssisələrin aktv olması üçün çağırış etməliyik”.
Özəl şirkətlərə yeni çağırış

Bakı. İlhamə İsabalayeva - Trend:

"Məktəbəqədər təhsillə bağlı özəl şirkətlər və iş adamları öz təşəbbüslərini irəli sürməlidirlər. İqtisadiyyatımızın 85 faizini özəl sektor təşkil etdiyi üçün həmin müəssisələrin aktv olması üçün çağırış etməliyik".

Trend-in məlumatına görə, bunu Milli Məclisin Elm və təhsil komitəsinin sədr müavini Bəxtiyar Əliyev komitənin bu gün keçirilən iclasında çıxış edərkən deyib.

Onun sözlərinə görə, "Lisenziyalar haqqında qanun"da məktəbəqədər təhsil müəssisələrinin lisenziyalaşdırılması nəzərdə tutulub: "Buna qanunda baxılmalı, bu məsələyə nəzarət gücləndirilməlidir ki, gələcək nəsillərin formalaşmasında hər hansı səhvə yol verilməsin".

B.Əliyev deyib ki, uşaqların fiziki əqli inkişafı məktəbəqədər təhsil müəssisələrində formalaşdırılmalı, onların qabiliyyətləri, potensial imkanları aşkar edilməlidir.

Deputat hesab edir ki, uşaqlar məktəbə gedərkən müstəqil, tənqidi düşüncəli, hazırlıqlı getməlidirilər: "Ən vacib məsələlərdən biri əxlaqi dəyərlərin formalaşdırılmasıdır. Cəmiyyətin gələcək əxlaqi əsasları burada qoyulur. Ona görə də məktəbəqədər təhsilə bu qədər önəm verilir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti