...

Azərbaycan maliyyə sektoru üzrə strategiyanın hazırlanması işinə İsveçrənin qurumlarını cəlb etmək istəyir

Biznes və iqtisadiyyat xəbərləri Materials 5 Aprel 2016 16:32 (UTC +04:00)
Azərbaycanın Maliyyə Bazarlarına Nəzarət Palatasında İsveçrənin İqtisadi İşlər üzrə Dövlət Katibliyinin (SECO) Cənubi Qafqaz üzrə regional direktorunun müavini Simona Haberlinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.
Azərbaycan maliyyə sektoru üzrə strategiyanın hazırlanması işinə İsveçrənin qurumlarını cəlb etmək istəyir

Bakı. Trend:

Azərbaycanın Maliyyə Bazarlarına Nəzarət Palatasında İsveçrənin İqtisadi İşlər üzrə Dövlət Katibliyinin (SECO) Cənubi Qafqaz üzrə regional direktorunun müavini Simona Haberlinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.

Palatadan Trend-ə verilən məlumata görə, Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının sədri Rüfət Aslanlı görüş iştirakçılarına SECO ilə gələcək əməkdaşlıq istiqamətləri barədə məlumat verib. Sədr maliyyə sektoru ilə bağlı ortamüddətli strategiyanın hazırlanması və bu sektorun əhəmiyyətli təhlili ilə bağlı görüləcək işlər, həmçinin bu proseslərə SECO və İsveçrənin Maliyyə Bazarlarına Nəzarət Orqanının cəlb olunması ilə əlaqədar məsələlər barədə fikir bildirib.

SECO-nun Cənubi Qafqaz üzrə regional direktorunun müavini S.Haberli təmsil etdiyi qurumla Azərbaycan arasında iqtisadi və maliyyə sahəsində qarşılıqlı əməkdaşlıqdan danışaraq, Maliyyə Bazarlarına Nəzarət Palatasının Avropa təcrübəsinə söykənərək, qabaqcıl beynəlxalq standartlara uyğun səmərəli fəaliyyət göstərəcəyinə əminliyini ifadə edib.

Görüşdə iki qurum arasında əlaqələrin inkişaf perspektivləri, əməkdaşlığın gələcək potensial sahələri, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti