...

Bakı Fond Birjası Maliyyə Nazirliyinin qısamüddətli istiqrazlarını hərraca çıxarıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 2 May 2016 16:46 (UTC +04:00)
Bakı Fond Birjasında (BFB) Maliyyə Nazirliyinin 15 milyon manat məbləğində qısamüddətli manat istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək.
Bakı Fond Birjası Maliyyə Nazirliyinin qısamüddətli istiqrazlarını hərraca çıxarıb

Bakı. Ənvər Məmmədov - Trend:

Bakı Fond Birjasında (BFB) Maliyyə Nazirliyinin 15 milyon manat məbləğində qısamüddətli manat istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək. Bu barədə Trend BFB-yə istinadən məlumat verir.

Hərraca hər birinin moninal dəyəri 100 manat və tədavül müddəti 91 gün olan 150 min istiqraz çıxarılacaq. İstiqrazların ödəmə tarixi 2 avqust 2016-cı ildir.

Hərrac zamanı qeyri-rəqabətli sifarişlərin istiqrazların buraxılışının 20%-dən artıq olmamaq şərtilə qəbul edilməsinə icazə verilir.

Buraxılışın anderrayteri "PAŞA Kapital" investisiya şirkətidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti