...

TransXəzər Beynəlxalq Nəqliyyat Marşrutunun inkişafına dair işçi qrupunun növbəti iclası keçirilib (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 4 May 2016 17:11 (UTC +04:00)
Bakıda TransXəzər Beynəlxalq Nəqliyyat Marşrutunun inkişafına dair işçi qrupunun növbəti iclası keçirilib. İclasda Azərbaycan, Qazaxıstan, Gürcüstan və Ukrayna nümayəndə heyətləri iştirak ediblər.
TransXəzər Beynəlxalq Nəqliyyat Marşrutunun inkişafına dair işçi qrupunun növbəti iclası keçirilib (FOTO)

Bakı. Trend:

Bakıda TransXəzər Beynəlxalq Nəqliyyat Marşrutunun inkişafına dair işçi qrupunun növbəti iclası keçirilib. İclasda Azərbaycan, Qazaxıstan, Gürcüstan və Ukrayna nümayəndə heyətləri iştirak ediblər.

"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədovun Trend-ə verdiyi məlumata görə, Azərbaycanı tədbirdə "Azərbaycan Dəmir Yolları" QSC-nin sədr müavini İqbal Hüseynov, "ADY Express" MMC-nin direkrotu Azad Qasımov, "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin sədr müavini Fərhad Quliyev, "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC-nin Baş direktorunun müavini Vahid Əliyev və digər rəsmi şəxslər təmsil ediblər.

İclasda "Qazaxıstan Dəmir Yolları" SC-nin logistika üzrə icraçı direktor Arman Sultanovun, "Ukrayna Dəmir Yolları" İSC-nin kommersiya departamentinin rəisi Yuri Merkulovun başçılıq etdiyi nümayəndə heyətiləri, "Gürcüstan Dəmir Yolları" SC-nin yükdaşımalar üzrə direktoru Aleksi Nikolaişvili iştitirak ediblər. İclasda həmçinin Aktau və Batumi limanlarının və Gürcüstanın "Trans Caucasus Terminals" şirkətinin rəhbərliyi iştirak edib.

Tərəflər, TransXəzər Beynəlxalq Nəqliyyat Marşrutunda rəqabətə davamlı tariflərin tətbiq olunmasını və Dostık/Altıngöl-Aktau-Bakı (Ələt)-Batumi marşrutu üzrə konteyner yükdaşımalarının təşkili qaydalarını müzakirə ediblər.

Eyni zamanda iclasda, aprel ayında yaradılan Beynəlxalq Transxəzər Nəqliyyat konsorsiumunun iş planı, Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun koordinasiya komitəsinin iclasının gündəliyi və digər məsələlər diqqət mərkəzində olunub.
İclasın yekununa dair protokolun imzalanması nəzərdə tutulur.

Sabah isə Bakıda yeni yaradılan Beynəlxalq Transxəzər Nəqliyyat Konsorsiumunun iclası keçiriləcək. Iclasda Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun operatorları olan Azərbaycandan "ADY Express" MMC, Qazaxıstandan "KTZ Express" AC və Gürcüstandan "Trans Caucasus Terminals" şirkətlərinin səlahiyyətli nümayəndələri iştirak edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti