...

İqtisadiyyat naziri Naftalanda vətəndaşları qəbul edəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 6 May 2016 15:50 (UTC +04:00)
Mayın 7-də iqtisadiyyat naziri Şahin Mustafayev Naftalan şəhərində Tərtər, Goranboy rayonlarından və Naftalan şəhərindən olan vətəndaşları qəbul edəcək.
İqtisadiyyat naziri Naftalanda vətəndaşları qəbul edəcək

Bakı. Trend:

Mayın 7-də iqtisadiyyat naziri Şahin Mustafayev Naftalan şəhərində Tərtər, Goranboy rayonlarından və Naftalan şəhərindən olan vətəndaşları qəbul edəcək.

İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, vətəndaşların qəbulu saat 11:00-dan etibarən Heydər Əliyev Mərkəzində (Naftalan şəhəri, Şıxəli Qurbanov küç., 1) keçiriləcək.

Qəbula gəlmək istəyən vətəndaşlar qeydiyyata alınmaları üçün nazirliyin [email protected] elektron poçt ünvanı və 493-14-56, 493-88-67 (21- 05), (055) 257- 60- 90 nömrəli telefonlar (əlaqələndirici şəxs Elmar Hacıyev), nazirliyin 195-2 Çağrı Mərkəzi, nazirliyin Gəncə-Qazax regional bölməsi (ünvan: Gəncə şəhəri, Heydər Əliyev Meydanı, İnzibati bina, əlaqələndirici şəxs Arzu Hacıyev, əlaqə telefonu: (022) 256 02 32, (050) 395 91 97, elektron poçt ünvanı: [email protected]) vasitəsilə müraciət edə bilərlər.

Bununla yanaşı, vətəndaşlar nazirliyin internet və "facebook" səhifələrində xüsusi olaraq yaradılmış "İqtisadiyyat nazirinin şəhər və rayonlarda keçirilən qəbulu üçün müraciət" bölmələri vasitəsilə də qəbula yazıla bilərlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti