...

SOCAR-AQŞ mükafatlandırıldı (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 9 İyun 2016 21:10 (UTC +04:00)
İyunun 8-də "Caspian Energy Award - 2016" və "Caspian Business Award - 2016" 13-cü Beynəlxalq mükafatının təqdimetmə mərasimi keçirilib.
SOCAR-AQŞ mükafatlandırıldı (FOTO)

Bakı. Trend:

İyunun 8-də "Caspian Energy Award - 2016" və "Caspian Business Award - 2016" 13-cü Beynəlxalq mükafatının təqdimetmə mərasimi keçirilib.

SOCAR-AQŞ-dən Trend-ə verilən məlumata görə, mərasimdə bir sıra yerli dövlət və özəl sektor təmsilçiləri ilə yanaşı, respublikamızda fəaliyyət göstərən diplomatik və beynəlxalq missiyaların rəhbərləri də iştirak ediblər.

SOCAR-AQŞ bu il "Caspian Business Award - 2016" mükafatına layiq görülərək "İlin qazma şirkəti" elan edilib.

Mükafatı qəbul edən SOCAR-AQŞ-nin baş direktorun müavini, baş geoloq İftixar Qasımov bildirib ki, "Caspian European Club" və "Caspian Energy International Media Group"un təsis etdiyi beynəlxalq mükafat yerli müəssisələrin inkişafında böyük rol oynayır: "Bu mükafat bizim üçün önəmlidir və əldə edilmiş uğurlar bizi yeni nailiyyətlər əldə etməyə ruhlandırır".

SOCAR-AQŞ ardıcıl olaraq 2011, 2012 və 2013-cü illərdə də "Caspian European Club"un təsis etdiyi "İlin qazma şirkəti" mükafatına layiq görülüb.

Qeyd edək ki, "Caspian Energy Award" və "Caspian Business Award" beynəlxalq mükafatları dünyanın 50 ölkəsində keçirilən internet sorğusunun nəticələrinə əsasən, Xəzər Qara dəniz və Baltik regionlarında iqtisadiyyatının inkişafına verilən töhfələrə görə siyasi xadimlər, dövlət məmurları, diplomatik nümayəndələrə, dövlət və özəl şirkətlərin rəhbərlərinə təqdim olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti