...

Azərbaycan bankları istehlak kreditlərinin tempini azaldıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 15 İyun 2016 09:47 (UTC +04:00)
2016-cı ilin aprel ayında Azərbaycanda istehlak kreditlərinin verilməsi 7,19 milyard manat azalıb ki, bu, mart ayının göstəricisi ilə müqayisədə 5,15 faiz azdır.
Azərbaycan bankları istehlak kreditlərinin tempini azaldıb

Bakı. Ənvər Məmmədov - Trend:

2016-cı ilin aprel ayında Azərbaycanda istehlak kreditlərinin verilməsi 7,19 milyard manat azalıb ki, bu, mart ayının göstəricisi ilə müqayisədə 5,15 faiz azdır. Trend-in məlumatına görə, bu barədə Azərbaycan Mərkəzi Bankının saytında dərc olunmuş hesabatında qeyd olunub.

Hesabata görə, il ərzində istehlak kreditləşməsi 12,32 faiz azalıb. Ötən il aprel ayında isə azalma 1,2 fazi səviyyəsində olub.

Azərbaycanda istehlak kreditləşməsi həcminin azalması 2015-ci il fevralın 21-də manatın ilk devalvasiyasından sonra başlayıb.

Bununla belə, yenə də bankların ümumi kredit portfelinin 38,3 faizini istehlak kreditləri təşkil edir. İkinci yerdə tikinti və daşınmaz əmlak kreditləşməsi durur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti