...

Macarıstan nümayəndə heyəti ARDNF-də olub

Biznes və iqtisadiyyat xəbərləri Materials 28 İyun 2016 19:04 (UTC +04:00)
Şahmar Mövsümovla Macarıstanın xarici işlər və ticarət naziri arasında görüş keçirilib.
Macarıstan nümayəndə heyəti ARDNF-də olub

Bakı. Trend:

2016-cı il iyunun 28-də Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) icraçı direktoru Şahmar Mövsümovla Macarıstanın xarici işlər və ticarət naziri, Azərbaycan-Macarıstan iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyasının həmsədri Piter Siyartonun rəhbərlik etdiyi nümayəndə heyəti arasında görüş keçirilib.

ARDNF-dən Trend-ə verilən məlumata görə, görüşdə Azərbaycan və Macarıstan arasındakı iqtisadi əməkdaşlığın mövcud vəziyyəti, inkişaf perspektivləri, ölkələr arasında qarşılıqlı investisiya imkanları və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti