Bakı. Samir Əli - Trend:
Bakı Dairəvi-1 yolun bir hissəsində avtomobillərin hərəkəti məhdudlaşdırılıb.
Bu barədə Trend-ə "Azəravtoyol" Açıq Səhmdar Cəmiyyətindən məlumat verilib.
Məlumatda bildirilir ki, bu gün Bakı Dairəvi-1 avtomobil yolunun köməkçi hissəsində, Yeni Yasamal istimətindən Dairəvi yola giriş-çıxış yolunda hərəkət qismən məhdudlaşdırılır. Səbəb yola üfiqi nişanlama xətlərinin çəkilişidir. Sürücülərdən həmin istiqamətdə sıxlıq yaranmaması üçün alternativ yollardan istifadə etmələri tövsiyə olunur.
Yolda hərəkət günün sonunda bərpa ediləcək.