...

Nazirlik: Asan imza sertifikatları yenilənməlidir

Biznes və iqtisadiyyat xəbərləri Materials 5 Avqust 2016 13:05 (UTC +04:00)
Asan İmza sertifikatının qüvvədə olma müddəti 3 il olduğundan 2013-cü ilin avqust və növbəti aylarında alınmış sertifikatların etibarlıq müddəti bu ilin avqust və növbəti aylarında bitəcək.
Nazirlik: Asan imza sertifikatları yenilənməlidir

Bakı. Trend:

Asan İmza sertifikatının qüvvədə olma müddəti 3 il olduğundan 2013-cü ilin avqust və növbəti aylarında alınmış sertifikatların etibarlıq müddəti bu ilin avqust və növbəti aylarında bitəcək.

Vergilər Nazirliyinin Analitik-informasiya şöbəsindən Trend-ə verilən məlumata görə, asan imza sertifikatının yenisini almaq istəyənlər qüvvədə olan ASAN imza vasitəsi ilə www.asxm.gov.az/portal/login portalına daxil olub müvafiq ərizəni, müqaviləni və etibarnamələri imzaladıqdan sonra ASAN imza sim kartını dəyişərək vergi ödəyicilərinə xidmət mərkəzlərinə və ASAN xidmət mərkəzlərinə yaxınlaşa bilərlər.

Vətəndaşların ASAN İmza ilə əlaqədar əlavə suallar yaranarsa Vergilər Nazirliyinin 195-1 Çağrı mərkəzinə, rəsmi internet saytının “Sual-cavab” bölməsinə (www.taxes.gov.az/www.taxes/faq/sual.html) və www.asxm.gov.az internet ünvanına müraciət edə bilərlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti