...

Unibank-ın xidmətlərində məhdudiyyətlər olacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 22 Avqust 2016 18:27 (UTC +04:00)
Unibank texnoloji yeniliklərin tətbiqini davam etdirir.
Unibank-ın xidmətlərində məhdudiyyətlər olacaq

Bakı. Trend:

Ölkənin ən texnoloji banklarından olan "Unibank" öz məhsul və xidmətlərində növbəti yeniliklər etməyə hazırlaşır.

Bankdan Trend-ə verilən məlumata görə, xidmətlərində daim texnoloji yenilikləri tətbiq edən "Unibank" hazırda tranzaksiyaların təhlükəsizliyinin daha da yüksəldilməsi məqsədilə yeni proqramların tətbiqini həyata keçirir. Bu proqram təminatının tətbiqindən sonra,  müştərilərin hesab və kartlarında apardığı əməliyyatların təhlükəsizliyi və qorunması daha da yüksələcək. Yeni sistemin tətbiqi ilə əlaqədar olaraq yaxın bir neçə gün ərzində xidmətlərdə müvəqqəti texniki məhdudiyyətlər olacaq. "Unibank" anlayışları üçün müştərilərinə təşəkkürünü bildirir və ən qısa müddətdə bu məhdudiyyətlərin aradan qalxacağını diqqətə çatdırır.

Ortaya çıxan hər hansı məsələ ilə bağlı ətraflı məlumatı (012) 117 nömrəli telefondan, bankın saytından (www.unibank.az ) və yaxud facebook və twitter səhifələrindən (www.facebook.com/unibank.az, https://twitter.com/unibank) əldə etmək olar.

Xəbər lenti

Xəbər lenti