Bakı. Azad Həsənov - Trend:
Azərbaycan hökuməti və "DP World" şirkətlər qrupu Ələt qəsəbəsində azad ticarət zonasının yaradılması üçün konsaltinq xidmətləri haqqında saziş imzalayıblar.
Sənədi iqtisadiyyat nazirinin müavini Niyazi Səfərov, Bakı Beynəlxalq Dəniz Ticarət Limanının baş direktoru Taleh Ziyadov və "DP World" şirkətlər qrupunun prezidenti Sultan Əhməd bin Sulaimi imzalayıblar.
İmzlanma mərasimində iqtisadiyyat naziri Şahin Mustafayev bildirib ki, saziş çərçivəsində işlər 3 əsas istiqamət üzrə aparılacaq: "Qanunvericiliyinin təkmilləşdirilməsi üzrə təkliflər, azad ticarət zonasının ərazisinin Baş planı və texniki-iqtisadi əsaslandırması hazırlanacaq".
Onun sözlərinə görə, bütün bu işləri 2017-ci il yanvarın 15-dək başa çatdırılması planlaşdırılır.