Bakı. Ənvər Məmmədov – Trend:
Dövlət Gömrük Komitəsi (DGK) 2016-cı il dövlət büdcəsinə köçürmələr üzrə proqnozu 88,4 faiz yerinə yetirib.
Trend-in məlumatına görə, bunu jurnalistlərə DGK-nın sədri Aydın Əliyev deyib.
O bildirib: "Bildiyiniz kimi, 2016-cı ilin dövlət büdcəsinə gömrük daxilolmaları üzrə proqnoz 1,81 milyard manat səviyyəsində planlaşdırılıb. İlin əvvəlindən bu günədək DGK gömrük rüsumları və vergiləri üzrə yığımlardan 1,6 milyard manatın köçürülməsini təmin edib".
A. Əliyev hesab edir ki, 2016-cı ildə gömrük daxilolmaları üzrə illik proqnozun icrası ilə bağlı problem olmayacaq: "Biz bu il üçün proqnozu nəinki yerinə yetirəcəyik, həm də artıqlaması ilə icra edəcəyik".