Bakı. Azad Həsənli – Trend:
30 sentyabr 2016-ci il tarixindən etibarən Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə “Nikoyl” İnvestisiya Kommersiya Bankı ASC” BFB-də alternativ bazar seqmentində listinqə daxil edilib.
Trend-in BFB-yə istinadən verdiyi məlumata görə, emissiya çərivəsində hər birinin dəyəri 2 manat olan 30 milyon səhm buraxılacaq.