...

Bağlanan banklardan biri lisenziyasını bərpa etmək istəyir

Biznes və iqtisadiyyat xəbərləri Materials 5 Oktyabr 2016 10:58 (UTC +04:00)
Azərbaycanda bağlanan banklardan biri lisenziyasını bərpa etmək istəyir.
Bağlanan banklardan biri lisenziyasını bərpa etmək istəyir

Bakı. Azad Həsənli - Trend:

Azərbaycanda bağlanan banklardan biri lisenziyasını bərpa etmək istəyir.

Trend-in məlumatına görə, "Dekabank" ASC-nin Müşahidə Şurası oktyabrın 7-də Bakı Apelyasiya Məhkəməsinə bankın bağlanması barədə qərardan şikayət edəcək.

Qeyd edək ki, bir müddət əvvəl Maliyyə Bazarlarına Nəzarət Palatası 1 saylı Bakı İnzibati İqtisad Məhkəməsinə müraciət edərək bankın ləğvi və ADIF-in 24.07.2016-cı ildən etibarən bankın ləğvedicisi təyin edilməsini istəmişdi. Məhkəmə isə ərizəni təmin etmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti