Bakı. Ənvər Məmmədiv - Trend:
Marina Kulişova Azərbaycanın Nikoil Bank-da Müşahidə Şurasının yeni sədri təyin edilib. Trend bu barədə bankın rəsmi saytına istinadən məlumat verir.
O, bu vəzifədə İsgəndər Xəlilovu əvəz edib.
Həmçinin bankın Müşahidə Şurasına İvan Romanovski də daxil olub.
Nikoil Bank Azərbaycanda 1994-cü ildən fəaliyyət göstərir.