Bakı. Ənvər Məmmədov - Trend:
"Nikoil Bank"ın Auditor komitəsi yenidən təşkil edilib.
Trend banka istinadən məlumat verir ki, Eldar Əliyev komitənin yeni sədri təyin edilib.
Bundan başqa, Georgi Çaçiaşvili komitənin tərkibinə daxil olub. Auditor komitəsində köhnə tərkibdən yalnız Vladimir Tyurin qalıb.