...

Bank VTB-də dəyişiklik

Biznes və iqtisadiyyat xəbərləri Materials 28 Noyabr 2016 15:14 (UTC +04:00)
Qorxmaz Ağayev Bank VTB-nin (Azərbaycan) Müşahidə Şurasının tərkibinə daxil olub.
Bank VTB-də dəyişiklik

Bakı. Trend:

Qorxmaz Ağayev Bank VTB-nin (Azərbaycan) Müşahidə Şurasının tərkibinə daxil olub.

Bu barədə Trend banka istinadən məlumat verir.

Bundan əvvəl Q.Ağayev "AtaBank", "Bank of Baku" və Qafqaz İnkişaf Bankında fəaliyyət göstərib. Son iş yeri isə hüquq məsləhətçisi vəzifəsində çalışdığı "Azerbaijan Global Investments" olub.

Hazırda bankın Müşahidə Şurasına 6 nəfər daxildir: sədr Vasili Titov, onun müavini Rəşad Rəsullu və üzvlər Dmitri Popov, Sergey Tsarev, Müseyib Əliyev və Qorxmaz Ağayev.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti