Bakı. Azad Həsənli - Trend:
2017-ci il yanvarın 16-da Azərbaycanın "Nikoil Bank"ının səhmdarları Müşahidə Şurasının tərkibinə dəyişiklikləri müzakirə edəcəklər.
Trend-in məlumatına görə, Moskvada keçiriləcək toplantıda, həmçinin Auditor komitəsinin tərkibinə dəyişikliklər müzakirə ediləcək və onun üzvlərinə mükafatlar veriləcək.
"Nikoil Bank" Azərbaycanda 1994-cü ildən fəaliyyət göstərir.