...

ABŞ rəsmisi: Azərbaycanın kənd təsərrüfatı məhsullarını ABŞ bazarına çıxarmaq üçün potensialı var (YENİLƏNİB)

Biznes və iqtisadiyyat xəbərləri Materials 2 Dekabr 2016 18:39 (UTC +04:00)
Azərbaycan öz kənd təsərrüfatı məhsullarını ABŞ bazarına çıxarmaq üçün kifayət qədər potensiala malikdir.
ABŞ rəsmisi: Azərbaycanın kənd təsərrüfatı məhsullarını ABŞ bazarına çıxarmaq üçün potensialı var (YENİLƏNİB)

Bakı. Maksim Tsurkov - Trend:

Azərbaycan öz kənd təsərrüfatı məhsullarını ABŞ bazarına çıxarmaq üçün kifayət qədər potensiala malikdir.

Trend-in məlumatına görə, bunu ABŞ-ın ticarət katibinin Avropa, Yaxın Şərq və Afrika üzrə müavininin köməkçisi Maykl Lalli Bakıdakı mətbuat konfransında deyib: "Bu tədbirlər Azərbaycana yeni investisiya gətirə bilər. Biz özümüz də şahidi oluruq ki, amerikalı biznesmenlərin Azərbaycana marağı artmaqdadır".

ABŞ rəsmisi bildirib ki, iki ölkənin 25 illik iqtisadi əməkdaşlığı genişlənməkdədir: "Bizim enerji sahəsində müəyyən nailiyyətlərimiz var, hazırda neft sahəsində əməkdaşlıqla bağlı müzakirələr aparırıq".

Onun sözlərinə görə, Azərbaycandakı Amerika Ticarət Palatası iki ölkə arasında ticarət əlaqələrinin inkişafı üçün 16 tövsiyədən ibarət sənəd hazırlayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti