...

Dünya Bankından Azərbaycanın maliyyə sektoruna dəstəklə bağlı AÇIQLAMA

Biznes və iqtisadiyyat xəbərləri Materials 19 Dekabr 2016 09:52 (UTC +04:00)
SECO Azərbaycanın maliyyə sektorunun modernləşdirilməsi üzrə II layihənin reallaşdırılmasına texniki yardım çərçivəsində 3 milyon dollar ayıracaq.
Dünya Bankından Azərbaycanın maliyyə sektoruna dəstəklə bağlı AÇIQLAMA

Bakı. Azad Həsənli - Trend:

İsveçrənin İqtisadi məsələlər üzrə Dövlət Katibliyi (SECO) Azərbaycanın maliyyə sektorunun modernləşdirilməsi üzrə II layihənin reallaşdırılmasına texniki yardım çərçivəsində 3 milyon dollar ayıracaq.

Bu barədə Trend Dünya Bankına istinatən məlumat verir.

Qeyd olunur ki, müvafiq sazişin imzalanmasından sonra SECO 2,2 milyon dollar təqdim edəcək, 2018-ci il noyabrın 30-na 400 min və 2019-cu il noyabrın 30-na daha bir 400 min dollar ayıracaq.

Bu vəsaitlərin 2021-ci il avqustun sonunadək mənimsəniləcəyi gözlənilir.

Texniki yardım 5 istiqaməti əhatə edir: maliyyə bazarlarına nəzarət, bankların likvidasiyası, əmanətlərin sığortalanması sistemi, istehlakçıların hüquqlarının müdafiəsi və problemli kreditlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti