...

NIKOIL | Bank Gənclər gününü qeyd edib (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 2 Fevral 2017 19:25 (UTC +04:00)
Bu gün Nikoil Bankın Puşkin küçəsi, 30 ünvanında yerləşən Baş Ofisində Azərbaycan Gəncləri Gününə həsr olunmuş tədbir keçirilib.
NIKOIL | Bank Gənclər gününü qeyd edib (FOTO)

Bakı. Trend:

Bu gün Nikoil Bankın Puşkin küçəsi, 30 ünvanında yerləşən Baş Ofisində Azərbaycan Gəncləri Gününə həsr olunmuş tədbir keçirilib.

Bankın konfrans zalında bankın nümayəndələri ilə paytaxtın aparıcı universitetlərinin tələbələri arasında görüş keçirilib.

Gənclərin qarşısında xüsusi dəvət olunmuş qonaq – aktyor, şoumen, rejissor və əfsanəvi “Bakılı oğlanlar” Şən və Hazırcavablar Klubunun iştirakçısı Bəhram Bağırzadə çıxış edib. Tədbirin sonunda Bəhram Bağırzadə tədbirin bütün iştirakçılarına özünün ən son kitablarından birini hədiyyə edib.

“Siz vətənpərvərsinizsə, öz işinizdə peşəkar olmalısınız”, deyən Bəhram Bağırzadə görüşün bütün iştirakçılarına uğurlar, böyük nailiyyətlər və ölkəmizin rifahı naminə gənclərə təşəbbüslərində parlaq qələbələr arzulayıb.

Xatırladaq ki, hələ 1997-ci ildə Ümummilli Lider Heydər Əliyevin imzaladığı sərəncama əsasən, Azərbaycan gənclərinin 1-ci Forumunun keçiriləcəyi gün - 2 fevral "Azərbaycan Gəncləri Günü" kimi elan edilmişdi.

NIKOIL | Bank Bakı və Azərbaycanın regional mərkəzlərində yerləşən və qabaqcıl satış şəbəkəsi olan universal maliyyə-kredit təşkilatıdır. Bank hesablaşma, depozit, kart, kredit və zəmanət kimi müasir və etibarlı bank xidmətləri əməliyyatlarının tam paketini təklif edir. Bankın bütün məhsulları, aksiyaları və xüsusi təklifləri barədə məlumatı korporativ www.nikoil.az səhifəsinə daxil olaraq və ya (012) 981 qısa nömrəsi ilə əlaqə saxlayaraq əldə edə bilərsiniz. Bankın sosial şəbəkədə rəsmi səhifəsinin ünvanı: https://www.facebook.com/bank.nikoil

Məqalədə:
Xəbər lenti

Xəbər lenti