Bakı. Trend:
Fevralın 21-də Azərbaycan Mərkəzi Bankında Dövlət Neft Fondunun da iştirakı ilə hərrac keçirilib.
Mərkəzi Bankdan Trend-ə verilən məlumata görə, hərracda manatın orta çəkili məzənnəsi 1,7447 səviyyəsində formalaşıb.
Qeyd edək ki, fevralın 21-də USD/AZN rəsmi məzənnəsi 1,7352 səviyyəsində müəyyən olunub.