Minsk. Azad Həsənli - Trend:
Minskdə Ticarət Evinin fəaliyyəti Azərbaycana Belarusla ticarəti balanslaşdırmağa imkan verəcək.
Trend-in məlumatına görə, bunu Belarusun xarici işlər naziri Vladimir Makey deyib.
Azərbaycan Ticarət Evinin açılış mərasimində iştirak edən nazir qeyd edib ki, bu, Belarusa Azərbaycandan tələb olunan məhsulları – meyvə, tərəvəz və təbii şirələri – vasitəçilər olmadan birbaşa almağa imkan verəcək.
V.Makey xatırladıb ki, bu, Azərbaycanın xaricdə açılan ilk Ticarət Evidir.
Nazir bildirib ki, Azərbaycan məhsullarının Belarus bazarına çıxması gələcəkdə Avrasiya İqtisadi İttifaqının digər ölkələrinə də çıxış imkanı verəcək.