Bakı. Trend:
"Mercedes-Benz" şirkəti Rusiyada 3500-ə yaxın avtomobili geri çağırıb.
Trend-in məlumatına görə, bu qərar sükan mexanizmində qeydə alınan qüsurlarla əlaqədardır.
Şirkətin yaydığı məlumatda qeyd olunur ki, geri çağırılma 2012-ci ildə satılan C sinif və 2013-14-cü illərdə satılan G sinif avtomobillərə şamil olunur.
Qeyd edək ki, təmir işləri avtomobil sahibləri üçün ödənişsiz həyata keçiriləcək.