...

2018-ci ildən Azərbaycanda işsizlikdən sığorta tətbiq olunacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 30 İyun 2017 14:48 (UTC +04:00)
Bu gün Milli Məclis ikinci və üçüncü oxunuşda “İşsizliyin icbari sığortası haqqında” qanunu qəbul edib
2018-ci ildən Azərbaycanda işsizlikdən sığorta tətbiq olunacaq

Bakı. Ənvər Məmmədov - Trend:

Bu gün Milli Məclis ikinci və üçüncü oxunuşda “İşsizliyin icbari sığortası haqqında” qanunu qəbul edib.

Trend-in məlumatına görə, bu qanuna əsasən işsizlik sığortasının başlıca prinsipləri icbarilik, işsizlik sığortası subyektlərinin hüquqi bərabərliyi, sığorta stajı və işsizliyin müddətindən asılı olaraq sığorta ödəmələrinin differensiallaşmasıdır.

İşsizlikdən sığorta üzrə sığorta tarifləri işçinin əmək haqqının 0,5 faizi, hesablanmış əməyin ödənişi fondunun 0,5 faizi həcmində müəyyən edilir.

Aylıq sığorta ödənişinin hesablanması aşağıdakı qaydada aparılır: 3-5 illik sığorta stajı zamanı itirilmiş aylıq əmək haqqının 50 faizi, 5-10 illik sığorta stajı zamanı itirilmiş aylıq əmək haqqının 55 faizi, 10 ildən yuxarı sığorta stajı zamanı itirilmiş aylıq əmək haqqının 60 faizi.

Qanuna əsasən, sığorta ödənişinin təyin edilməsi hüququna yalnız dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi və ya işçilərinin ştatlarının ixtisar edilməsi nəticəsində əmək münasibətlərinə xitam verilmiş sığortaolunanlar malikdirlər.

Qanun 2018-ci il yanvarın 1-dən qüvvəyə minəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti