Bakı. Azad Həsənli - Trend:
Bu ilin yanvar-avqust aylarında Azərbaycan ötən ilin 8 ayı ilə müqayisədə qeyri-neft ixracını 30 faiz artırıb.
Trend-in məlumatına görə, bunu bu gün mətbuat konfransında iqtisadiyyat nazirinin müavini Sahil Babayev bildirib.
Onun sözlərinə görə, kənd təsərrüfatı məhsullarının ixracatı 37 faiz, sənaye məhsulları ixracatı isə 25,4 faiz artıb:
"Bu, bizim iddialı planlarımızla bağlı müsbət göstərici deməkdir".
Eyni zamanda, nazir müavini bildirib ki, ixracat artımı ilə yanaşı, ixrac edilən məhsulların spektri də böyüyür - bir il ərzində bu göstərici 16,6 faiz artaraq, 2700-dən çox fərqli məhsula çatıb:
"Bu müddət ərzində həmçinin Azərbaycanda ixracla məşğul olan şirkətlərin sayı da artıb. Avqustun sonunda şirkət və fərdi sahibkarların sayı 11 mini keçib".