Bakı. Ənvər Məmmədov - Trend:
Ukraynada Azərbaycan Ticarət Evi ilin sonunadək açıla bilər.
Trend-in məlumatına görə, bunu iqtisadiyyat naziri Şahin Mustafayev Azərbaycan-Ukrayna işgüzar görüşündə deyib.
Nazir bildirib ki, ticarət evi artıq Ukraynada dövlət qeydiyyatından keçib:
"Hazırda məkanın seçimi aparılır. Düşünürəm ki, ticarət evi ilin sonunadək və ya gələn ilin əvvəlində fəaliyyətə başlaya bilər".