...

Rusiya hökuməti Azərbaycandakı bankın səhmlərini aldı

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 Noyabr 2017 14:52 (UTC +04:00)
VTB Qrup Bank VTB-nin (Azərbaycan) səhmlərinin 99,99 faizinin alışı üzrə sövdələşməni yekunlaşdırıb.
Rusiya hökuməti Azərbaycandakı bankın səhmlərini aldı

Bakı. Azad Həsənli - Trend:

VTB Qrup Bank VTB-nin (Azərbaycan) səhmlərinin 99,99 faizinin alışı üzrə sövdələşməni yekunlaşdırıb.

Trend-in məlumatına görə, VTB Qrupa daxil olan "Bank VTB 24" "AtaHoldinq"in səhmlərinin 48,99 faizini alıb.

Belə olan halda, Bank VTB-nin (Azərbaycan) səhmləri Bank VTB (51 faiz) və "Bank VTB 24" (48,99 faiz) arasında bölüşdürülüb.

Bundan əvvəl VTB Qrupun baş ofisindən Trend-ə bildirmişdilər ki, səhmdarların tərkibində dəyişiklik Bank VTB-nin (Azərbaycan) fəaliyyətinə təsir etməyəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti