...

Gələn il QDİƏT-də sədrlik Azərbaycana keçəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 28 Dekabr 2017 11:30 (UTC +04:00)
Gələn il Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatında (QDİƏT) sədrlik Azərbaycana keçəcək.
Gələn il QDİƏT-də sədrlik Azərbaycana keçəcək

Bakı. Elçin Mehdiyev - Trend:

Gələn il Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatında (QDİƏT) sədrlik Azərbaycana keçəcək.

Trend-in məlumatına görə, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) 2017-ci ilin yekunlarına dair mətbuat buraxılışında deyilir.

Qeyd olunur ki, 22 may 2017-ci il tarixində İstanbul şəhərində keçirilmiş QDİƏT-in 25 illik Yubiley Zirvə Görüşünün Birgə Bəyannaməsinə Azərbaycanın maraqlarını əks etdirən bir sıra müddəaların daxil edilməsinə nail olub. 2018-ci ilin ikinci yarısından etibarən isə QDİƏT-də sədrlik Azərbaycan Respublikasına keçəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti