...

Azərbaycanda alüminium istehsal sahəsinin inkişaf strategiyası müzakirə olunub (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 7 Fevral 2018 12:22 (UTC +04:00)
Azərbaycanda alüminium istehsal sahəsinin inkişaf strategiyası müzakirə olunub.
Azərbaycanda alüminium istehsal sahəsinin inkişaf strategiyası müzakirə olunub (FOTO)

Bakı. Ənvər Məmmədov - Trend:

Azərbaycanda alüminium istehsal sahəsinin inkişaf strategiyası müzakirə olunub.

Trend-in məlumatına görə, bunu Azərbaycan Sənaye Korporasiyasının iclası zamanı qurumun rəhbəri Kamran Nəbizadə deyib.

O qeyd edib ki, inkişafı nəzərdə tutulan Daşkəsən rayonunda yerləşən Zəylik-alunit mədənidir: "Mədəndən çıxarılan alunit filizindən istifadə edilməklə, iqtisadi baxımdan səmərəli və ekoloji cəhətdən təhlükəsiz metodların tətbiqi ilə gil-torpaq (alüminium oksidi) və digər faydalı yan məhsulların istehsal edilməsi məqsədilə Gəncə Gil-Torpaq zavodunun müasir texnoloji tələblərə uyğun qurulmasının və işə salınmasının texniki-iqtisadi əsaslandırılması və Zəylik-alunit mədəninin alunit filizi ehtiyatlarının yenidən qiymətləndirilməsi işləri davam etdirilir".

K.Nəbizadənin sözlərinə görə, müasir texnoloji və ekoloji tələbləri nəzərə almaqla, ilkin alüminium və ya son alüminium məhsullarının istehsal edilməsi məqsədilə “Azəralüminium” ASC-nin Sumqayıt Alüminium Zavodunun yenidən qurulması və işə salınması nəzərdə tutulur ki, bu da öz növbəsində bu sahənin rəqabət qabiliyyətinin artırılması və ixrac imkanlarının genişləndirilməsinə böyük yardım göstərəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti