...

Bu bankın nizamnamə kapitalının 125 mln. manata qədər artırılması gözlənilir

Biznes və iqtisadiyyat xəbərləri Materials 9 Fevral 2018 08:44 (UTC +04:00)
Bankın kapital mövqeyinin möhkəmləndirilməsi məqsədilə “AGBank” ASC tərəfindən hər birinin nominal dəyəri 2 manat olan 7 mln. manat məbləğində 3,5 mln. ədəd adi səhmlərin emissiya edilməsi qərara alınıb
Bu bankın nizamnamə kapitalının 125 mln. manata qədər artırılması gözlənilir

Bakı. Trend:

Bankın kapital mövqeyinin möhkəmləndirilməsi məqsədilə “AGBank” ASC tərəfindən hər birinin nominal dəyəri 2 manat olan 7 mln. manat məbləğində 3,5 mln. ədəd adi səhmlərin emissiya edilməsi qərara alınıb.

Bankdan Trend-ə verilən məlumata görə, bununla əlaqədar bankın kütləvi təklif üsulu ilə yerləşdirilən nominal dəyəri 2,00 (iki) manat olan 3.500.000 (üç milyon beş yüz min) ədəd adi, sənədsiz, adlı səhminin emissiyasının dövlət qeydiyyatına alması üçün Maliyyə Bazarlarına Nəzarət Palatasına müraciət edilib.

Yeni səhm emissiyasından sonra bankın nizamnamə kapitalı 109,2 mln. manata qədər yüksələcək. 2018-ci ilin sonuna qədər isə bankın nizamnamə kapitalının 125 mln. manata qədər artırılması gözlənilir.

Məlumat üçün bildirək ki, bankın Səhmdarlarının 4 mart 2016-cı il tarixli növbədənkənar ümumi yığıncağında bankın Nizamnamə kapitalı 77,2 mln. manat artırılaraq 102,2 mln. manata çatdırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti