...

“AGBank” ASC-nin yeni səhm emissiyasına abunə yazılışı başlayır

Biznes və iqtisadiyyat xəbərləri Materials 26 Fevral 2018 18:13 (UTC +04:00)
“AGBank” ASC-nin yeni səhm emissiyasına abunə yazılışı başlayır.
“AGBank” ASC-nin yeni səhm emissiyasına abunə yazılışı başlayır

Bakı. Trend:

“AGBank” ASC-nin yeni səhm emissiyasına abunə yazılışı başlayır.

Bankdan Trend-ə verilən məlumata görə, bankın kapital mövqeyinin məhkəmləndirilməsi məqsədilə “AGBank” ASC tərəfindən hər birinin nominal dəyəri 2 manat olan 7 mln. manat məbləğində 3,5 mln. ədəd adi səhmlərin emissiya edilməsi qərara alınmışdır. Yeni səhm emissiyası Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən 14 fevral 2018-ci il tarixində AZ1001000970 qeydiyyat nömrəsi ilə dövlət qeydiyyatına alınmışdır.

Səhmlərın yerləşdirilməsi kütləvi təklif üsulu ilə Abunə yazılışı formasında “Unicapital İnvestsiya Şirkəti” ASC vasitəsi ilə Bakı Fond Birjasında satış qiyməti 2.00 (iki) manat olmaq şərti ilə həyata keçiriləcək.

Səhmlərin yerləşdirilməsinə abunə yazılışı 26 fevral 2018-ci il tarixində başlayır və 26 may 2018-ci il tarixində yekunlaşır. Abunə yazılışında rezident investorlarla yanaşı qeyri-rezident investorlarda iştirak edə bilər.

Bankın səhmlərini almaq istəyən investorlar səhmlərin yerləşdirilməsi ilə əlaqədar bütün informasiyanı “İnformasiya memorandumu”ndan əldə edə bilər. “İnformasiya memorandumu” ilə investorlar “AG Bankın” ASC-nin rəsmi internet səhifəsi www.agbank.az, Bakı Fond Birjasının rəsmi internet səhifəsi www.bfb.az və “Unicapital İŞ” ASC-nin rəsmi internet səhifəsi www.unicapital.az səhifələrindən tanış ola bilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti