...

AGBank-dan qadınlara özəl kampaniya

Biznes və iqtisadiyyat xəbərləri Materials 2 Mart 2018 11:57 (UTC +04:00)
Bankın Visa Gold və MC Gold kartlarını 50 % endirimlə əldə edə bilərsiniz.
AGBank-dan qadınlara özəl kampaniya

Bakı. Trend:

Ölkənin aparıcı banklarından AGBank 8 mart Beynəlxalq Qadınlar günü münasibətilə qadınlara özəl kampaniyaya başlayır.

Trend-in məlumatına görə, mart ayının 5-dən 9-dək davam edəcək kampaniya çərçivəsində AGBank-ın Visa Gold və MC Gold kartları qadınlara 50 % endirimlə təqdim olunacaq. Məlumat üçün bildirək ki, AGBank-ın Gold tipli ödəniş kartları Premium kartlar növünə aiddir. Bu kartlar geniş çeşidli, yüksək səviyyəli xidmətlər təklif etməklə yanaşı cəmiyyətdə yüksək status və mövqenizdən söz açacaq.

Kampaniyadan yararlanma üçün sözügedən tarixdə AGBankın istənilən filalına yaxınlaşmaq lazımdır.

Bankın məhsul, xidmətləri və kampaniyaları barədə daha ətraflı məlumat almaq üçün www.agbank.az saytına, 135 Sorğu Mərkəzinə və ya Bankın sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.

AGBank! Zəngin olmaq –haqqınızdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti