Bakı. Ənvər Məmmədov - Trend:
Bu gün Bakıda Dövlət Gömrük Komitəsi (DGK) ilə Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi arasında anlaşma memorandumu imzalanıb.
Trend-in məlumatına görə, sənədi DGK-nin sədri Səfər Mehdiyev və Baş İdarənin rəisi Kamran Əliyev imzalayıb.
S.Mehdiyev imzalanma mərasimində bildirib ki, gömrük nəzarətinin həyata keçirilməsi zamanı mümkün hüquq pozuntularının qarşısının alınması üçün Korrupsiya ilə Mübarizə Baş İdarəsi və digər strukturlarla əməkdaşlıq gömrük orqanlarının işinə yeni təkan verəcək.
K.Əliyev öz növbəsində vurğulayıb ki, imzalanmış memorandum həm dövlətin, həm də ictimaiyyətin xeyrinə olacaq.