...

Dövlət Gömrük Komitəsi büdcə daxilolmaları ilə bağlı proqnozu üstələyib

Biznes və iqtisadiyyat xəbərləri Materials 5 İyun 2018 16:21 (UTC +04:00)
Dövlət Gömrük Komitəsi büdcə daxilolmaları ilə bağlı proqnozu üstələyib.
Dövlət Gömrük Komitəsi büdcə daxilolmaları ilə bağlı proqnozu üstələyib

Bakı. Ənvər Məmmədov - Trend:

Bu ilin ilk beş ayı ərzində Azərbaycan dövlət büdcəsinə gömrük daxilolmaları 1 323 milyon manat olub.

Trend-in məlumatına görə, bunu Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev deyib.

Komitə sədri qeyd edib ki, bu göstərici həmin müddət üçün verilən proqnozu 37 faiz üstələyib:

“2018-ci ilin yanvar-may aylarında gömrük daxilolmaları ilə bağlı proqnoz 964 milyon manat olub. Bu onu ifadə edir ki, biz proqnozu 359 milyon manat və ya 37 faiz üstələmişik”.

Qeyd edək ki, 2018-ci il üçün dövlət büdcəsinə gömrük daxilolmaları üzrə proqnoz 2,43 milyard manatdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti