...

Azərbaycanda özünüməşğulluq proqramının əhatəsi genişləndiriləcək (ÖZƏL)

Biznes və iqtisadiyyat xəbərləri Materials 23 Dekabr 2018 07:42 (UTC +04:00)

Bakı. Sara İsrafilbəyova - Trend:

2019-cu ildə Azərbaycanda bu il 7,7 min insanın cəlb edildiyi özünüməşğulluq proqramının əhatəsinin genişləndiriləcəyi gözlənilir.

Bu barədə Trend-ə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildiriblər.

Nazirlikdən qeyd ediblər ki, gələn il işsizlərin və iş axtaran vətəndaşların özünüməşğulluq proqramına cəlb edilməsi prosesi proqramın növbəti mərhələsi çərçivəsində davam etdiriləcək: "2018-ci il yanvar ayınının 1-dən "İşsizlikdən sığorta haqqında" qanunun qəbul edilməsiylə yaranan yeni maliyyə mənbəyi özünüməşğulluq proqramının əhəmiyyətli dərəcədə genişlənməsini və davamlı tətbiqini təmin edəcək".

Nazirlikdən bildiriblər ki, proqram çərçivəsində təlimini başa vuranlar və biznes-planları müvəffəqiyyətli hesab edilənlər lazımi mallar və materiallarla təmin ediləcəklər: "Bu gün üçün 7,26 min insanın biznes planları müvəffəqiyyətli kimi qiymətləndirilib, onlardan 1,27 mini isə artıq aktivlərlə təmin edilib. Treninqlərə cəlb edinlərdən 1,3 mindən çoxu qadınlar, təxminən 1,03 mini gənclər, 816-sı ünvanlı sosial yardım alanlar, 313-ü əlil insanlar, 65-i isə azadlığa çıxan keçmiş məhbuslardır".

Nazirlikdən vurğulayıblar ki, Azərbaycanda özünüməşğulluq proqramının tətbiqi ölkədə əmək resurslarının keyfiyyətinə müsbət təsiri göstərir.

Proqram əmək məhsuldarlığının və əhalinin iqtisadi fəallığının artımına, ailə gəlirlərinin artımına, əlavə iş yerlərinin yaradılmasına, həmçinin vergi verənlərin sayının və sosial sığorta üzrə ödəmələrin artmasına kömək edir.

Xəbər lenti

Xəbər lenti