Bakı. Sara İsrafilbəyova - Trend:
Dünya Bankı Azərbaycanın uğurları ilə fəxr edir.
Trend-in məlumatına görə, bunu Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru Mersi Tembon Bakıda “İqtisadiyyatın şaxələndirilməsi – özəl sektorun rolu” forumunda deyib.
O bildirib ki, Azərbaycan az gəlirli ölkədən orta gəlirli ölkəyə çevrilmək üçün bir sıra vacib islahatlar həyata keçirib.
M.Tembon əlavə edib ki, iqtisadiyyatın şaxələndirilməsi də bu islahatların tərkib hissəsidir:
“Biz hamımız bilirik ki, ölkənin iqtisadi inkişafı əsasən neft sektorunun hesabına əldə olunub. İndi böyük dəyişikliklər zamanıdır, irəli addımlamaq, iqtisadiyyatı şaxələndirmək lazımdır”.
Onun sözlərinə görə, özəl sektor bu istiqamətdə vacib rol oynayır, çünki bu, iş yerlərinin yaradılması üçün əsas mənbədir.