...

Nazir: Azərbaycanda minlərlə mikromüəssisə yaradılacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 28 Mart 2019 18:39 (UTC +04:00)
2020-ci ildə Azərbaycanda özünüməşğulluq proqramı çərçivəsində 15 min mikromüəssisə yaradılması planlaşdırılır
Nazir: Azərbaycanda minlərlə mikromüəssisə yaradılacaq

Bakı. Mətanət Nəsibova - Trend:

2020-ci ildə Azərbaycanda özünüməşğulluq proqramı çərçivəsində 15 min mikromüəssisənin yaradılması planlaşdırılır.

Trend-in məlumatına görə, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev brifinq zamanı deyib.

Nazir qeyd edib ki, layihə Dünya Bankı ilə birgə həyata keçirilir.

S.Babayev xatırladıb ki, ötən il özünüməşğulluq proqramı 7 mindən çox şəxsi əhatə edib, bu il isə 10 min nəfəri əhatə edəcək.

Nazir həmçinin ölkədə reallaşdırılan sosial islahatlardan da danışıb. O bildirib ki, bütün bu planlar dövlət başçısının fərmanlarının inqilabi xarakterinə əsaslanaraq reallaşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti