...

Çexiya Azərbaycanla ticarət əlaqələrini artırmaq niyyətindədir

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 May 2019 17:35 (UTC +04:00)

Bakı. Mətanət Nəsibova - Trend:

Çexiya Azərbaycanla ticari-iqtisadi əməkdaşlığın genişlənməsini öz iqtisadi siyasətinin prioriteti hesab edir və ölkələr arasında tərəfdaşlıq əlaqələrini daha da gücləndirmək niyyətindədir.

Trend-in məlumatına görə, bunu Çexiya parlamentinin Deputatlar Palatasının sədri Radek Vondraçek deyib.

O, iqtisadiyyatın müxtəlif sahələrində ticarət əlaqələrinin genişlənməsinin vacibliyini vurğulayıb.

M.Vondraçek qeyd edib ki, Çexiyanın neft emalı zavodları Azərbaycan neftinin emalı ilə məşğuldur və hazırda bütün emal prosesinin 33 faizdən çoxu Azərbaycan neftinin payına düşür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti