...

"Volkswagen" Meksikada istehsalın dayandırılmasını uzadır

Biznes və iqtisadiyyat xəbərləri Materials 25 Aprel 2020 08:03 (UTC +04:00)

Almaniyanın "Volkswagen" avtomobil istehsalçısı Meksikadakı Puebla zavodunda koronavirus pandemiyası səbəbiylə əməliyyatların dayandırılmasını 18 maya qədər uzadacaq.

Trend-in Reuters-ə istinadən verdiyi məlumata görə, şirkətin Meksikadakı Silao zavodu da müvəqqəti olaraq işləmir və burada istehsalın nə vaxt başlayacağı hələ müəyyənləşdirilməyib.

Hər iki zavodda yenidən başlanacaq istehsal ciddi sanitar-gigiyena tədbirləri çərçivəsində aparılacaq. Qeyd edilir ki, "Volkswagen" şirkəti hökumətlərin pandemiyaya qarşı qəbul etdiyi tədbirlərinə qatılan dünya istehsalçıları arasındadır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti