Bakı. Trend:
2021-ci ilin fevralında Türkiyə ilə Azərbaycanın ticarət dövriyyəsi 194,26 milyon dollar təşkil edib ki, bu da ötən ilin fevralı ilə müqayisədə 26,431 milyon dollar çoxdur.
Bu barədə Trend-ə Türkiyə Ticarət Nazirliyindən bildiriblər.
2021-ci ilin fevralında Türkiyədən Azərbaycana ixrac 137,162 milyon dollar, Azərbaycandan idxal isə 57,098 milyon dollara bərabər olub.
Statistikaya əsasən, bu ilin yanvar-fevral aylarında Türkiyə ilə Azərbaycanın ticarət dövriyyəsi ötən ilin eyni dövrü ilə müqayisədə 91,843 milyon dollar artaraq 410,136 milyon dollar təşkil edib.
Hesabat dövründə Türkiyədən Azərbaycana ixrac 303,129 milyon dollar, Azərbaycandan idxal isə 106,917 milyon dollara bərabər olub.
Qeyd edək ki, 2020-ci ildə Türkiyə ilə Azərbaycanın ticarət dövriyyəsi 2019-cu illə müqayisədə 187,296 milyon dollar artaraq 2,221 milyard dollar təşkil edib.
İl ərzində Türkiyədən Azərbaycana ixrac 1,855 milyard dollar, Azərbaycandan idxal isə 366 milyon dollara bərabər olub.
(Tərcümə: Orxan Nəbiyev)