...

Çində robotaksi kommersiya xidməti inkişaf etdirilir

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 İyun 2021 08:05 (UTC +04:00)
Çində robotaksi kommersiya xidməti inkişaf etdirilir

Bakı. Trend:

Çinin internet-nəhəngi "Baidu" və dövlət avtomobil şirkəti "BAIC Group" ölkədə robotaksi kommersiya xidmətini işə salmağı planlaşdırır.

Trend-in məlumatına görə, bu məqsədlə "Baidu" və "BAIC Group" üç il ərzində 1000 ədəd sürücüsüz idarə edilən avtomobil istehsal edəcəklər.

"Apollo Moon" adlanan yeni model "Baic"in elektrik avtmobili bazasında buraxılacaq, "Baidu" isə həmin robotaksinin proqram təminatını yaradacaq. Yeni modelin qiyməti 74 729 dollar təşkil edəcək.

"Baidu" şirkəti artıq Şanxay da daxil olmaqla Çinin bir sıra böyük şəhərlərində robot taksilərini sınaqdan keçirib. "Baic" ilə əməkdaşlıq bu növ xidmətlərin test mərhələsindən kütləvi formasına keçməyə imkan yarada bilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti